• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi informasiya sistemlərinə qarşı aktiv kiberhücumlar aşkarlanıb

Bəzi informasiya sistemlərinə qarşı aktiv kiberhücumlar aşkarlanıb
08.10.2026 17:14

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) bəzi informasiya sistemlərinə qarşı aktiv kibertəhlükələrin mövcudluğunu müəyyən edib. Hücumların bir hissəsində köhnəlmiş proqram versiyalarından, eləcə də standart və ya ilkin giriş məlumatlarından istifadə olunduğu aşkarlanıb.Bu barədə MKA məlumat yayıb.

İlkin təhlillərə əsasən, xüsusilə Microsoft SQL Server (MSSQL) və Firebird verilənlər bazası sistemlərində köhnəlmiş versiyaların və standart giriş məlumatlarının istifadəsi müşahidə olunub.

MKA bildirib ki, bəzi hallarda hücumçular zəif qorunan verilənlər bazalarına icazəsiz giriş əldə etdikdən sonra sistemlərdə dəyişikliklər aparır, müxtəlif fayllar yerləşdirir və sonrakı mərhələlərdə sistem üzərində nəzarəti genişləndirməyə çalışırlar.

Agentliyin müşahidələrinə görə, kibertəhlükələr zəncirvari xarakter daşıya bilər. Belə ki, bir informasiya sisteminin ələ keçirilməsindən sonra həmin sistem digər sistemlərə hücum üçün aralıq resurs və ya giriş nöqtəsi kimi istifadə oluna bilər. Bu isə insidentlərin daha geniş şəbəkə infrastrukturuna yayılması riskini artırır.

Hazırda kibertəhlükələrin əhatə dairəsinin müəyyənləşdirilməsi, mümkün komprometasiyaların araşdırılması və əlaqəli risklərin qiymətləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

MKA informasiya sistemlərinin mülkiyyətçiləri və inzibatçılarına istifadə olunan proqram təminatını, xüsusilə MSSQL və Firebird sistemlərini istehsalçı tərəfindən dəstəklənən aktual versiyalara yeniləməyi, standart və ilkin giriş məlumatlarını dəyişdirməyi və mürəkkəb, unikal şifrələrdən istifadə etməyi tövsiyə edib.

Həmçinin verilənlər bazaları və digər kritik xidmətlərin internetdən birbaşa əlçatanlığının məhdudlaşdırılması, girişlərin yalnız zəruri IP ünvanlarından həyata keçirilməsinə icazə verilməsi, sistemlərdə şübhəli faylların və anomal fəaliyyətlərin mütəmadi yoxlanılması tövsiyə olunur.

Agentlik komprometasiya şübhəsi yarandıqda sistemin digər şəbəkə resurslarından mümkün qədər tez təcrid edilməsini və MKA-ya və ya ixtisaslaşmış mütəxəssislərə müraciət edilməsini də tövsiyə edib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah leysan olacaq - XƏBƏRDARLIQ
Cəmiyyət 18:03
Sabah leysan olacaq - XƏBƏRDARLIQ
Bəzi informasiya sistemlərinə qarşı aktiv kiberhücumlar aşkarlanıb
Cəmiyyət 17:14
Bəzi informasiya sistemlərinə qarşı aktiv kiberhücumlar aşkarlanıb
Cəbrayılda mina partlayışı: mal-qara otaran şəxs yaralanıb
Cəmiyyət 16:37
Cəbrayılda mina partlayışı: mal-qara otaran şəxs yaralanıb
TƏBİB sistemdəki problemlə bağlı açıqlama verib
Cəmiyyət 16:28
TƏBİB sistemdəki problemlə bağlı açıqlama verib
İşləyən pensiyaçıların sayı bir ildə 22% azalıb
Cəmiyyət 15:01
İşləyən pensiyaçıların sayı bir ildə 22% azalıb
Belarus və Azərbaycan ixrac tədarükünə dair sazişlər imzalayıb
Cəmiyyət 14:33
Belarus və Azərbaycan ixrac tədarükünə dair sazişlər imzalayıb
Peskov: Putin Türkmənistanda İlham Əliyevlə görüşəcək
Cəmiyyət 13:56
Peskov: Putin Türkmənistanda İlham Əliyevlə görüşəcək
Cəmilə Bayramova: Mürəkkəb genetik identifikasiya xüsusi yanaşma tələb edir
Cəmiyyət 13:33
Cəmilə Bayramova: Mürəkkəb genetik identifikasiya xüsusi yanaşma tələb edir
Abşeron xəstəxanasında baş həkimin müavini bıçaqlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 13:01
Abşeron xəstəxanasında baş həkimin müavini bıçaqlanıb, şübhəli saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol