Sabah Bakıda 26 dərəcə isti gözlənilir
Oktyabrın 13-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, arabir tutqun, əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17–20°, gündüz 22–26° isti təşkil edəcək. Atmosfer təzyiqi 766-dan 763 mm civə sütununa enəcək, nisbi rütubət 60–70% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər şərq rayonlarında, axşama doğru isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə qısamüddətli leysan, şimşək və dolu ehtimalı var. Gecə və səhər duman müşahidə olunacaq, şərq rayonlarında şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 14–18°, gündüz 23–27° isti, dağlarda isə gecə 4–9°, gündüz 13–18° isti olacaq.