“Azeri Light” neftinin qiyməti 131,62 dollara yüksəlib
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,81 dollar və ya 0,62% artaraq 131,62 dollara çatıb.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 134,25 dollar təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” neftinin bir barelinin qiyməti isə 0,64 dollar və ya 0,53% artaraq 120,7 dollara yüksəlib.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 dollar götürülüb.
“Azeri Light” neftinin indiyədək ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub.
Azərbaycan bu markalı nefti “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi çərçivəsində hasil edir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3%-dir.
Son xəbərlər
Daha çox