Azərbaycanla Mərkəzi Asiya arasında ticarət dövriyyəsi 53% artıb
Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsi 2025-ci ildə 1 milyard 765 milyon dollar olub ki, bu da 2024-cü illə müqayisədə 53% çoxdur. Bu barədə deputat Vüqar Bayramov Milli Məclisdə çıxışı zamanı bildirib.
2024-cü ildə ticarət dövriyyəsi 1 milyard 152 milyon dollar təşkil edib.
Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycan və Mərkəzi Asiya üzərindən daşınan yüklərin həcmi 10%, 2026-cı ilin ilk səkkiz ayında isə 20% artıb. Bayramov bu göstəricilərin region ölkələri, o cümlədən Qırğızıstanla Azərbaycanın iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığının genişləndiyini göstərdiyini deyib.
Bayramov qeyd edib ki, oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci zirvə toplantısı keçiriləcək. Azərbaycanın 2024-cü ildən sədrlik etdiyi platformada 28 ölkə üzvdür, 10 ölkə isə müşahidəçi statusuna malikdir.
Deputatın sözlərinə görə, AQEM üzvləri və müşahidəçiləri dünya ÜDM-nin təxminən 40%-ni formalaşdırır. ABŞ və Yaponiya da platformada müşahidəçi qismində təmsil olunur.
Gülnar Nazimqızı