9 ayda ölkədə 12 milyard manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib
2026-cı ilin yanvar-sentyabrında ölkədə faktiki qiymətlərlə 11 milyard 905,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Statistikaya görə, istehsalın fiziki həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artıb.
Heyvandarlıq məhsullarının istehsalı 1,9 faiz, bitkiçilik məhsullarının istehsalı isə 0,5 faiz çoxalıb.
Məhsulun 51 faizi bitkiçiliyin, 49 faizi heyvandarlığın payına düşür.
Yanvar-avqust dövründəki 2,6 faizlik göstərici sentyabr ayının sonuna 1,1 faizə enib. Bitkiçilik sahəsində artım tempi 3,1 faizdən 0,5 faizə, heyvandarlıq sahəsində isə 2 faizdən 1,9 faizə düşüb.