“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
“Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.
Bakı Olimpiya Stadionunda Çexiyanın “Slaviya” komandasını qəbul edən Azərbaycan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.
“Sabah”ın heyətində 49-cu dəqiqədə Kahim Parris, 88-ci dəqiqədə isə Coy-Lens Mikels fərqlənib.
Bu qələbə “Sabah”ın Çempionlar Liqasının əsas mərhələsində ilk uğuru olmaqla yanaşı, Azərbaycan klublarının Çexiya təmsilçiləri üzərində ilk qələbəsi kimi də tarixə düşüb.
"Sabah” ilk matçında İngiltərədə “Mançester Yunayted”ə 0:4 hesabı ilə məğlub olub. Valdas
Dambrauskasın rəhbərlik etdiyi komanda növbəti oyununu oktyabrın 20-də doğma meydanda Almaniyanın “Borussiya” (Dortmund) klubuna qarşı keçirəcək.
***
"Sabah" və "Slaviya" (Çexiya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu başlayıb.
Matç Bakı Olimpiya Stadionunda keçirilir.
Qarşılaşmanı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edir.
***
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" " və "Slaviya" (Çexiya) komandalarının start heyətləri açıqlanıb.
Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.
"Sabah": Stas Pokatilov (k), Stiv Solvet, Eyden Makkarti, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepinitsa, Umarali Raxmonaliyev, Du Keyros, Velko Simiç, Coy-Lens Mikels, Kahim Parris.
"Slaviya": Yakub Markoviç, David Zima, Anj Nqessan, Tomaş Holeş (k), Daniel Ştrum, Mixal Sadilek, David Mozes, Tomaş Vlçek, Emmanuel Ayaosi, Lukaş Provod, Tomaş Horıy.
"Sabah" - "Slaviya" matçı bu gün, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.