Azərbaycanda kreditlər üzrə işsizlikdən sığortanın məcburi tətbiqi planlaşdırılır
Azərbaycanda banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın məcburi tətbiqi ilə bağlı normativ dəyişikliklər hazırlanır.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə 2026-cı ilin birinci yarısının yekunlarına dair Maliyyə Sabitliyi Hesabatının təqdimatında bildirib.
Onun sözlərinə görə, dəyişikliklər çərçivəsində bank kreditləri üzrə işsizlikdən sığortanın məcburi tətbiqinə dair tələblərin müəyyənləşdirilməsi nəzərdə tutulur.
Mexanizmin əsas məqsədi iş yerini itirən borcalanların kredit öhdəliklərini yerinə yetirməsinə dəstək göstərmək və bankların kredit risklərini azaltmaqdır.
Aytac