AMB: Bank sektorunda likvidliyin örtülmə əmsalı 160%-ə yüksəlib
Azərbaycanda bank sektorunun likvidliyin örtülmə əmsalı (LCR) 2026-cı ilin birinci yarısında 160%-ə çatıb.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sabitliyi departamentinin direktoru Ataxan Həsənov bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə 154% təşkil edən məcmu LCR əmsalının artması depozit bazasının genişlənməsi hesabına yüksək keyfiyyətli likvid aktivlərin (YKLA) həcminin artması ilə əlaqədardır.
Həsənov qeyd edib ki, hesabat dövründə yüksək keyfiyyətli likvid aktivlərin həcmi 2 milyard manat artaraq 17 milyard manata yüksəlib.
2026-cı ilin birinci yarısında xarici valyuta üzrə LCR göstəricisi 206%, milli valyuta üzrə isə 138% təşkil edib. Müqayisə üçün, 2025-ci ildə bu göstəricilər müvafiq olaraq 199% və 126% olub.
Hesabat dövründə gözlənilən ümumi nağd daxilolmalar 3,5 milyard manat, nağd ödənişlər isə 14,1 milyard manat təşkil edib.
Həsənovun sözlərinə görə, bank sektorunun likvidlik mövqeyi möhkəmlənərək komfort zonada qalmaqda davam edir.
Aytac