• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb


Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb
15.10.2026 12:09

Azərbaycanda telekommunikasiya və poçt rabitəsi sahələrində inzibatçılığın və istifadəçi məmnunluğu səviyyəsinin artırılmasını və göstərilən xidmətlərin rəqəmsallaşdırılmasını təmin etmək məqsədilə “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Fərmana əsasən, “Rəqəmsal rabitə” informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib.

Müəyyən edilib ki, “Rəqəmsal rabitə” informasiya sistemi (bundan sonra – RRİS) rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarətin, habelə mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və digər büdcə təşkilatları ilə, yerli özünüidarəetmə orqanları ilə, digər fiziki və hüquqi şəxslərlə əlaqələrin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin, həmçinin RRİS-də saxlanılan məlumatların sistemliliyini və əlçatanlığını təmin edir.

RRİS-in sahibi funksiyasını Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, operatoru funksiyasını isə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi həyata keçirir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:

  • RRİS-in formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməlidir;
  • RRİS-in Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə RRİS-in “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməlidir;
  • Bu Fərmanla təsdiq edilən Əsasnamənin 4.2-ci bəndində qeyd olunan məlumatların ilkin mənbəyini formalaşdıran dövlət orqanları (qurumları) ilə birlikdə həmin məlumatların altı ay müddətində Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etmək məqsədilə zəruri tədbirlər görməlidir;
  • Bu Fərmanla təsdiq edilən Əsasnamə nəzərə alınmaqla, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidir.
Oxşar xəbərlər
Oxşar xəbərlər
AMB lombardların fəaliyyətini tənzimləyən qanun layihəsi hazırlayıb
İqtisadiyyat 12:45
AMB lombardların fəaliyyətini tənzimləyən qanun layihəsi hazırlayıb
AMB: Kredit məhdudiyyətlərinin qeyri-rəsmi borclanmanı artırdığını təsdiqləyən statistika yoxdur
İqtisadiyyat 12:31
AMB: Kredit məhdudiyyətlərinin qeyri-rəsmi borclanmanı artırdığını təsdiqləyən statistika yoxdur

Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb
İqtisadiyyat 12:09
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb
AMB: Bank sektorunda likvidliyin örtülmə əmsalı 160%-ə yüksəlib
İqtisadiyyat 12:00
AMB: Bank sektorunda likvidliyin örtülmə əmsalı 160%-ə yüksəlib
Azərbaycanda kreditlər üzrə işsizlikdən sığortanın məcburi tətbiqi planlaşdırılır
İqtisadiyyat 11:44
Azərbaycanda kreditlər üzrə işsizlikdən sığortanın məcburi tətbiqi planlaşdırılır
AMB: Azərbaycanda ipoteka kreditlərinin əlçatanlıq indeksi 121%-ə çatıb
İqtisadiyyat 11:33
AMB: Azərbaycanda ipoteka kreditlərinin əlçatanlıq indeksi 121%-ə çatıb
AMB: Bank sektoru əlavə 20,1 milyard manatlıq risk ölçülmüş aktiv artımını dəstəkləyə bilər
İqtisadiyyat 11:26
AMB: Bank sektoru əlavə 20,1 milyard manatlıq risk ölçülmüş aktiv artımını dəstəkləyə bilər
Azərbaycanda bank sektorunun aktivləri 60,9 milyard manata çatıb
İqtisadiyyat 11:19
Azərbaycanda bank sektorunun aktivləri 60,9 milyard manata çatıb
Azərbaycanda Aqrar Süni İntellekt layihəsi üzrə 13 həll istismara verilib
İqtisadiyyat 10:56
Azərbaycanda Aqrar Süni İntellekt layihəsi üzrə 13 həll istismara verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox