• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Çinin beş şirkətinə qarşı sanksiyalar tətbiq edib

ABŞ Çinin beş şirkətinə qarşı sanksiyalar tətbiq edib
19.10.2026 19:15

ABŞ Çinin beş şirkətini sanksiya siyahısına daxil edib.Bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) məlumat yayıb.

Bildirilib ki, şirkətlər 2022-ci ildə qəbul edilmiş ABŞ-nin intellektual mülkiyyətin qorunmasına dair qanunu çərçivəsində sanksiyalara məruz qalıb.

Siyahıya “MiraclePlus” adı ilə də tanınan “Qiji Chuangtan Beijing Investment Management” investisiya şirkəti, onunla əlaqəli üç struktur və “Shanghai Zhisuan Technology” daxil edilib. Sanksiyaların tətbiqinə səbəb olan konkret hallar açıqlanmayıb.

Qeyd edək ki, bundan əvvəl Ağ Evin saytında ABŞ Prezidenti Donald Trampın Qrem qanununda nəzərdə tutulan Rusiyaya qarşı sanksiyaları tətbiq etməkdən imtinasını əks etdirən fərman dərc olunub.

ABŞ-nin energetika naziri Kris Rayt isə Vaşinqtonun Rusiya neftinə qarşı sanksiyaları yumşaltmadığını bildirib. Onun sözlərinə görə, ABŞ Rusiya neftinə dair heç bir sanksiyanı yumşaltmayıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
"SWISS" aviaşirkətinin Sürix–Şanxay reysi Bakıya məcburi eniş edib
Dünya 21:12
"SWISS" aviaşirkətinin Sürix–Şanxay reysi Bakıya məcburi eniş edib
Moldova Ukraynaya nota göndərib
Dünya 20:30
Moldova Ukraynaya nota göndərib
Fransada fövqəladə vəziyyət elan edilə bilər
Dünya 20:06
Fransada fövqəladə vəziyyət elan edilə bilər
ABŞ Çinin beş şirkətinə qarşı sanksiyalar tətbiq edib
Dünya 19:15
ABŞ Çinin beş şirkətinə qarşı sanksiyalar tətbiq edib
4 mindən çox insan Eboladan ölüb
Dünya 17:10
4 mindən çox insan Eboladan ölüb
Türkiyədə sel nəticəsində ölənlərin sayı doqquza çatıb - Yenilənib
Dünya 13:44
Türkiyədə sel nəticəsində ölənlərin sayı doqquza çatıb - Yenilənib
İstanbulda güclü yağışlar nəticəsində ölənlərin sayı 6-ya çatıb
Dünya 12:07
İstanbulda güclü yağışlar nəticəsində ölənlərin sayı 6-ya çatıb
Putin Tramp və Si Cinpinlə Ukrayna məsələsini müzakirə etməyi təklif edib
Dünya 09:29
Putin Tramp və Si Cinpinlə Ukrayna məsələsini müzakirə etməyi təklif edib
Tramp İsrail xalqına müraciət edib
Dünya 23:27
Tramp İsrail xalqına müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol