• $
  • €
  • ₽
  • ₺
  • £

Birbank Invest yeniləndi: investisiya portfelini idarə etmək daha rahat oldu

Birbank Invest yeniləndi: investisiya portfelini idarə etmək daha rahat oldu
20.10.2026 10:41

 

Geniş investisiya imkanları təqdim edən Birbank Invest yeni 2.5.0 versiyasını təqdim edib.Yeniliklər sayəsində istifadəçilər investisiya portfellərinin nəticələrini daha rahat izləyə, bağladıqları əqdləri ətraflı təhlil edə və aktivlərinin bölgüsünü daha aydın görə bilərlər. Giriş prosesinin sadələşdirilməsi və əsas ekrandakı məlumatların daha əlçatan olması da investisiya təcrübəsini rahatlaşdırır.

Yeni versiyada portfelin nəticələrini izləmək üçün tamamilə yenilənmiş qrafik təqdim olunur. İstifadəçilər performansı 1 gün, 7 gün, 1 ay, 6 ay, 1 il, ilin əvvəlindən cari tarixədək və bütün dövr üzrə müqayisə edə bilərlər. Bu, portfelin zamanla necə dəyişdiyini izləməyə və müxtəlif dövrlərin nəticələrini qiymətləndirməyə imkan verir.

İnvestisiya fəaliyyətini daha dərindən anlamaq istəyənlər üçün isə yeni “Analitika” bölməsi yaradılıb. Burada seçilmiş dövr üzrə ümumi gəlir, ödənilmiş komissiyalar, əldə edilmiş dividendlər, ticarət nəticələri, müsbət və mənfi nəticə ilə bağlanan əqdlər, eləcə də ümumi mədaxil və məxaric barədə məlumatlar təqdim olunur. Beləliklə, istifadəçilər yalnız portfellərinin cari dəyərini deyil, müəyyən müddət ərzində həyata keçirdikləri əməliyyatların nəticələrini də təhlil edə bilərlər.

Yeni versiyada portfelin ümumi dəyərini və aktivlərin bölgüsünü izləmək də daha asan olub. İstifadəçilər səhmlərdə və ETF-lərdə yerləşən vəsaiti, eləcə də bu aktivlərin portfeldəki payını daha aydın görə bilərlər. Gündəlik istifadəni rahatlaşdırmaq üçün gözləmədə olan alış və satış sifarişləri əsas səhifədə ayrıca göstərilir, maraq doğuran şirkət və aktivlərin izlənildiyi “Watchlist” isə daha əlçatan yerdədir. 

Birbank Invest-də qeydiyyat və giriş prosesi də indi daha sadədir. Belə ki, Bir ID ilə daxil olan müştərilərin əlavə üz tanıma mərhələsindən keçməsinə ehtiyac qalmayıb. Bununla yanaşı, iOS istifadəçiləri üçün tətbiqin dizaynı “Liquid Glass” yanaşması əsasında yenilənib və daha müasir vizual görünüş əldə edib.

Qeyd edək ki, Birbank Invest Kapital Bank-ın əmtəə nişanıdır. Tətbiq həm investisiya sahəsində ilk addımlarını atan, həm də təcrübəli investorlar üçün yerli və qlobal maliyyə bazarlarına rahat, sürətli və təhlükəsiz çıxış imkanı yaradır. Xidmət “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC ilə birgə təqdim olunur.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ziyad Səmədzadə elektron ticarətin yerli istehsala təsirinin araşdırılmasını istəyib
İqtisadiyyat 12:06
Ziyad Səmədzadə elektron ticarətin yerli istehsala təsirinin araşdırılmasını istəyib
Əli Məsimli qiymət artımı riskinə diqqət çəkib
İqtisadiyyat 11:51
Əli Məsimli qiymət artımı riskinə diqqət çəkib


Oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
İqtisadiyyat 11:45
Oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
Deputat POS-terminal komissiyalarının azaldılmasını təklif edir
İqtisadiyyat 11:40
Deputat POS-terminal komissiyalarının azaldılmasını təklif edir
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
İqtisadiyyat 11:39
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
Vergi uçotuna alınan qeyri-rezident elektron ticarət iştirakçılarının sayı 23-ə çatıb
İqtisadiyyat 11:32
Vergi uçotuna alınan qeyri-rezident elektron ticarət iştirakçılarının sayı 23-ə çatıb
Dövlət Neft Fondunun gəlirləri 12,3 milyard manatı ötüb
İqtisadiyyat 11:16
Dövlət Neft Fondunun gəlirləri 12,3 milyard manatı ötüb
Azərbaycanda onlayn alış-veriş qaydaları dəyişə bilər
İqtisadiyyat 11:02
Azərbaycanda onlayn alış-veriş qaydaları dəyişə bilər
ABB Beynəlxalq Risk Forumu keçirdi
İqtisadiyyat 10:50
ABB Beynəlxalq Risk Forumu keçirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol