• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Neft Fondunun gəlirləri 12,3 milyard manatı ötüb

Dövlət Neft Fondunun gəlirləri 12,3 milyard manatı ötüb
20.10.2026 11:16

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2026-cı ilin yanvar-sentyabrda büdcə gəlirləri 12 milyard 341,3 milyon manat, xərcləri isə 9 milyard 681,2 milyon manat təşkil edib. Bu dövrdə Fondun dövlət büdcəsinə transfertləri 9 milyard 628 milyon manat olub. Bu barədə ARDNF-in məlumatında bildirilib.

Məlumata görə, oktyabrın 1-nə Fondun aktivləri 74 milyard 4 milyon ABŞ dollarına çatıb. Bu, 2026-cı il yanvarın 1-i ilə müqayisədə 0,6% çoxdur.

Hesabat dövründə Fondun neft-qaz gəlirləri 8 milyard 740,6 milyon manat, aktivlərin idarə olunmasından əldə etdiyi gəlirlər isə 3 milyard 600,7 milyon manat olub.

Doqquz ay ərzində mənfəət neft-qazının satışından 7 milyard 343,9 milyon manat, bonus ödənişləri və tranzitdən 0,9 milyon manat, akr hesabı ödənişlərdən isə 4,9 milyon manat gəlir əldə edilib.

Fondun gəlirlərinin əsas hissəsi “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarından daxil olub. Belə ki, birinci yataqdan 6 milyard 570,6 milyon manat, ikinci yataqdan isə 565,1 milyon manat vəsait əldə edilib.

Bununla yanaşı, Fondun qızılın qiymətinin dəyişməsi və valyuta məzənnələri üzrə fərqlərlə bağlı büdcədənkənar xərcləri 1 milyard 874 milyon manat təşkil edib.

ARDNF hesabat dövründə ali təhsil proqramlarının maliyyələşdirilməsinə də vəsait ayırıb. Belə ki, 2019–2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramına 3,6 milyon manat, 2022–2028-ci illər üçün gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almasına dair Dövlət Proqramına 21,9 milyon manat, beynəlxalq ikili diplom proqramlarına isə 2,2 milyon manat xərclənib. Fondun idarəetmə xərcləri 25,5 milyon manat olub.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ziyad Səmədzadə elektron ticarətin yerli istehsala təsirinin araşdırılmasını istəyib
İqtisadiyyat 12:06
Ziyad Səmədzadə elektron ticarətin yerli istehsala təsirinin araşdırılmasını istəyib
Əli Məsimli qiymət artımı riskinə diqqət çəkib
İqtisadiyyat 11:51
Əli Məsimli qiymət artımı riskinə diqqət çəkib


Oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
İqtisadiyyat 11:45
Oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
Deputat POS-terminal komissiyalarının azaldılmasını təklif edir
İqtisadiyyat 11:40
Deputat POS-terminal komissiyalarının azaldılmasını təklif edir
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
İqtisadiyyat 11:39
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
Vergi uçotuna alınan qeyri-rezident elektron ticarət iştirakçılarının sayı 23-ə çatıb
İqtisadiyyat 11:32
Vergi uçotuna alınan qeyri-rezident elektron ticarət iştirakçılarının sayı 23-ə çatıb
Dövlət Neft Fondunun gəlirləri 12,3 milyard manatı ötüb
İqtisadiyyat 11:16
Dövlət Neft Fondunun gəlirləri 12,3 milyard manatı ötüb
Azərbaycanda onlayn alış-veriş qaydaları dəyişə bilər
İqtisadiyyat 11:02
Azərbaycanda onlayn alış-veriş qaydaları dəyişə bilər
ABB Beynəlxalq Risk Forumu keçirdi
İqtisadiyyat 10:50
ABB Beynəlxalq Risk Forumu keçirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol