• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Məsimli qiymət artımı riskinə diqqət çəkib

Əli Məsimli qiymət artımı riskinə diqqət çəkib
20.10.2026 11:51

Azərbaycanda nağdsız ödənişlərin genişləndirilməsinə yönələn qanunvericilik dəyişiklikləri tətbiq edilərkən onların istehlakçı hüquqlarına və qiymətlərə mümkün təsiri nəzərə alınmalıdır. Bunu deputat Əli Məsimli deyib. 

Deputat  bildirib ki, təklif olunan dəyişikliklər kölgə iqtisadiyyatının azalmasına müsbət təsir göstərə bilər, lakin onların səmərəli tətbiqi üçün məsələyə kompleks yanaşmaq lazımdır.

“Dövrünə görə kölgə iqtisadiyyatının da müəyyən dərəcədə daralmasına müsbət təsir göstərəcək. Amma eyni zamanda bu məsələyə kompleks yanaşılması ümumi işin xeyrinə olar”, - o bildirib.

Məsimli regionlarda elektron ticarət sahəsində mövcud problemlərə və POS-terminalların sayının az olmasına diqqət çəkib. O, bu şəraitdə təklif olunan dəyişikliklərin nə dərəcədə səmərəli işləyəcəyinin araşdırılmasının vacib olduğunu deyib.

Deputat, həmçinin qanunvericilik dəyişikliklərinin istehlakçıların hüquqlarına təsirinin qiymətləndirilməsini zəruri sayıb.

O hesab edir ki, bu sahədə problemlərin həlli üçün Azərbaycanda startapların sayının artırılması və onların səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması da əhəmiyyətlidir.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ziyad Səmədzadə elektron ticarətin yerli istehsala təsirinin araşdırılmasını istəyib
İqtisadiyyat 12:06
Ziyad Səmədzadə elektron ticarətin yerli istehsala təsirinin araşdırılmasını istəyib
Əli Məsimli qiymət artımı riskinə diqqət çəkib
İqtisadiyyat 11:51
Əli Məsimli qiymət artımı riskinə diqqət çəkib


Oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
İqtisadiyyat 11:45
Oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
Deputat POS-terminal komissiyalarının azaldılmasını təklif edir
İqtisadiyyat 11:40
Deputat POS-terminal komissiyalarının azaldılmasını təklif edir
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
İqtisadiyyat 11:39
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
Vergi uçotuna alınan qeyri-rezident elektron ticarət iştirakçılarının sayı 23-ə çatıb
İqtisadiyyat 11:32
Vergi uçotuna alınan qeyri-rezident elektron ticarət iştirakçılarının sayı 23-ə çatıb
Dövlət Neft Fondunun gəlirləri 12,3 milyard manatı ötüb
İqtisadiyyat 11:16
Dövlət Neft Fondunun gəlirləri 12,3 milyard manatı ötüb
Azərbaycanda onlayn alış-veriş qaydaları dəyişə bilər
İqtisadiyyat 11:02
Azərbaycanda onlayn alış-veriş qaydaları dəyişə bilər
ABB Beynəlxalq Risk Forumu keçirdi
İqtisadiyyat 10:50
ABB Beynəlxalq Risk Forumu keçirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol