• $
  • €
  • ₽
  • ₺
  • £

She’s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı

She’s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı
20.10.2026 16:44

 

Sahibkarlar üçün biznes və bankçılıq xidmətlərində bazar liderlərindən olan Birbank Biznes, rəqəmsal ödənişlərdə dünya lideri olan Visa şirkəti ilə birgə qadın sahibkarlığının inkişafına yönələn “She’s Next” qlobal təşəbbüsünün dördüncü dalğasına start verir. “She’s Next in Digital” adlı proqram qadın sahibkarları rəqəmsal bacarıqlarını inkişaf etdirməyə, ekspert dəstəyi almağa və ümumilikdə 60 000 AZN məbləğində qrant fondu uğrunda mübarizə aparmağa dəvət edir.

“Bir addımla başla!” şüarı ilə keçirilən proqram qadınlara bizneslərini inkişaf etdirmək, yeni müştərilər qazanmaq və rəqəmsal imkanlardan daha səmərəli istifadə etmək üçün bilik və bacarıqlarını artırmağa kömək edəcək.

Proqramda həm fəaliyyət göstərən biznes sahibləri, həm də öz biznes ideyasını həyata keçirmək istəyən qadınlar iştirak edə bilərlər. Müraciətlər dörd kateqoriya üzrə qəbul olunur: rəqəmsal inkişafı prioritet seçən mövcud bizneslər üçün “Rəqəmsal”, sosial təsir yaradan təşəbbüslər üçün “Sosial”, fəaliyyət göstərdikləri regionların inkişafına töhfə verən bizneslər üçün “Regional”, biznesini qurmağa hazırlaşan və ya ilkin biznes ideyasını inkişaf etdirmək istəyən qadınlar üçün isə “Yeni başlayanlar” kateqoriyası nəzərdə tutulub.

Proqramın sonunda hər kateqoriya üzrə iki qalib olmaqla, ümumilikdə 8 qalib seçiləcək. Onlar bizneslərini inkişaf etdirmək və ideyalarını reallaşdırmaq üçün ümumi məbləği 60.000 AZN olan qrant fondundan maliyyə dəstəyi əldə edəcəklər.

Bu il ilk dəfə olaraq, She’s Next Gəncə və Şəkidə də keçiriləcək. Regionlarda təşkil olunacaq tədbirlər qadın sahibkarlara proqram haqqında ətraflı məlumat almaq, qeydiyyat prosesində dəstək əldə etmək, digər sahibkarlarla təcrübə mübadiləsi aparmaq və uğurlu qadın sahibkarların hekayələrini dinləmək imkanı yaradacaq.

She’s Next in Digital proqramına qeydiyyat 30 noyabr 2026-cı il tarixinədək davam edəcək. İştirak şərtləri və proqram haqqında ətraflı məlumatı shesnext.az saytından əldə etmək və müraciət etmək mümkündür. Yeniliklər və qarşıdakı tədbirlər barədə məlumat almaq üçün She’s Next WhatsApp icmasına da qoşulmaq olar.

Kapital Bank-ın məhsulu olan Birbank Biznes, sahibkarları və onların bizneslərini səmərəli idarəetmə üçün innovativ və rahat həllər təklif etməklə dəstəkləməyə çalışır. Birbank Biznes müştəriləri canlı söhbət funksiyası vasitəsilə istənilən vaxt kömək ala bilərlər. Sahibkarların vaxta qənaət etməsi və əməliyyatlarını optimallaşdırması üçün nəzərdə tutulan Birbank Biznes sistemi haqqında daha ətraflı məlumat əldə etmək üçün //birbank.business veb-səhifəsinə daxil olun və ya 896 məlumat mərkəzinə zəng edin. 

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
She’s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı
İqtisadiyyat 16:44
She’s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı
Beş ölkənin texnoloji şirkət rəhbərləri ABB-nin innovativtəcrübəsini öyrənib
İqtisadiyyat 14:39
Beş ölkənin texnoloji şirkət rəhbərləri ABB-nin innovativtəcrübəsini öyrənib

Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb
İqtisadiyyat 13:10
Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb
Ziyad Səmədzadə elektron ticarətin yerli istehsala təsirinin araşdırılmasını istəyib
İqtisadiyyat 12:06
Ziyad Səmədzadə elektron ticarətin yerli istehsala təsirinin araşdırılmasını istəyib
Əli Məsimli qiymət artımı riskinə diqqət çəkib
İqtisadiyyat 11:51
Əli Məsimli qiymət artımı riskinə diqqət çəkib


Oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
İqtisadiyyat 11:45
Oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
Deputat POS-terminal komissiyalarının azaldılmasını təklif edir
İqtisadiyyat 11:40
Deputat POS-terminal komissiyalarının azaldılmasını təklif edir
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
İqtisadiyyat 11:39
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
Vergi uçotuna alınan qeyri-rezident elektron ticarət iştirakçılarının sayı 23-ə çatıb
İqtisadiyyat 11:32
Vergi uçotuna alınan qeyri-rezident elektron ticarət iştirakçılarının sayı 23-ə çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol