Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Azərbaycanın Macarıstandakı səfiri Esmira Cəfərova bu ölkənin Prezident Administrasiyasının Daxili və beynəlxalq əlaqələr idarəsinin direktoru Dyörd Kerekeşlə görüşüb.Bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin “X” hesabında məlumat verilib.
Görüşdə ikitərəfli münasibətlər və müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.