"Regional Su Meliorasiya"ya yeni icraçı direktor təyin olunub
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki “Regional Su Meliorasiya” QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib.Bu barədə qurum məlumat yayıb.
İclasda “Regional Su Meliorasiya Xidməti”nin publik hüquqi şəxsdən QSC-yə çevrilməsi prosesi və yeni hüquqi statusun regionlarda su təchizatının idarə olunmasına təsiri müzakirə edilib.
Müşahidə Şurasının qərarı ilə qurumun sədr müavini Elçin Məmmədov icraçı direktor təyin olunub.
Xidmətin keçmiş sədri Zakir Quliyev ADSEA sədrinin müşaviri vəzifəsinə təyin edilib.