Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb
Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb.
Oxu.Az-ın məlumatına görə, polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində 2001-ci il iyunun 30-da paytaxtın Nəsimi rayonunda Həqiqət Məmmədovanı qətlə yetirən şəxs müəyyən edilib.
Qətli törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Rövşən Zeynalov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.