Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin 2027-2028-ci illərdə imzalana biləcəyini açıqlayıb. Bu barədə Paşinyan bu barədə jurnalistlərlə söhbətində danışıb.
“Biz Azərbaycanla davamlı şəkildə işləməliyik”, - Paşinyan deyib.
Baş nazir TRIPP infrastruktur layihəsinin həyata keçirilməsinin də vacib olduğunu vurğulayıb.
“Əlbəttə ki, birinin digəri ilə heç bir əlaqəsi yoxdur, amma biz artıq TRIPP layihəsinə başlayırıq”, - o əlavə edib.
Azərbaycan və Ermənistan arasında sülh prosesi çərçivəsində 8 avqust 2025-ci ildə Vaşinqtonda sülh sazişinin mətni paraflanıb.