• $
  • €
  • ₽
  • ₺
  • £

Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizinin investisiya imkanları beynəlxalq tərəfdaşlara təqdim olunub

Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizinin investisiya imkanları beynəlxalq tərəfdaşlara təqdim olunub
22.10.2026 17:18

 

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının nəticələri ilk dəfə Bakıda beynəlxalq investorlara və maliyyə institutlarına təqdim olunub. Layihə üzrə yekun investisiya qərarının 2029-cu ildə qəbuluna hazırlıq müzakirə edilib.

“Yaşıl Enerji Dəhlizi: Texniki-iqtisadi əsaslandırmadan icraya doğru” forumunda layihənin biznes modeli, maliyyələşmə imkanları, risklərin bölüşdürülməsi və beynəlxalq tərəfdaşlıqların qurulması məsələləri nəzərdən keçirilib.

Energetika naziri Pərviz Şahbazov çıxışında layihənin texniki cəhətdən həyata keçirilə biləcəyini və iqtisadi baxımdan cəlbediciliyini vurğulayıb. Onun sözlərinə görə, cari ilin iyulunda başa çatan texniki-iqtisadi əsaslandırma bu nəticələri təsdiqləyib.

Təxminən 3 min kilometr uzunluğunda nəzərdə tutulan dəhlizin 2032-ci ildən mərhələli şəkildə istismara verilməsi və ötürmə gücünün 4 QVt-a çatdırılması planlaşdırılır.

Texniki-iqtisadi əsaslandırmaya görə, layihə regionda ən azı 8 QVt bərpaolunan enerji gücünün inkişafına, 2040-cı ildən Avropaya ildə təxminən 20 milyard kilovat-saat elektrik enerjisinin ötürülməsinə və karbon emissiyalarının 3,6 milyon tonadək azaldılmasına imkan yarada bilər.

Şahbazov bildirib ki, layihənin kommersiya dayanıqlılığının təmin edilməsi üçün tənzimlənən və kommersiya komponentlərini birləşdirən hibrid biznes modeli nəzərdən keçirilir. Modelin uzunmüddətli elektrik enerjisi alqı-satqısı müqavilələrinə, özəl kapitalın iştirakına və transsərhəd elektrik enerjisi ticarətinə əsaslanması nəzərdə tutulur.

“Məqsədimiz “Yaşıl Enerji Dəhlizi”ni aydın biznes modelinə, dayanıqlı maliyyə strukturuna və investorlar üçün cəlbedici şərtlərə malik regional infrastruktur layihəsinə çevirməkdir”, – nazir deyib.

Forumda Dünya Bankı, Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, eləcə də enerji, texnologiya, kabel istehsalı və sığorta sektorlarında fəaliyyət göstərən beynəlxalq şirkətlərin nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində keçirilən altı sessiyada layihənin texniki göstəriciləri, investisiya modeli, elektrik enerjisinin alışı və bazar imkanları, maliyyələşmə mexanizmləri, sığorta riskləri və texnoloji həllər müzakirə olunub.

Texnologiya sessiyasında “Jan De Nul” şirkəti 4 000 metrdən artıq dərinlikdə tətbiq oluna bilən kabel texnologiyasını təqdim edib. Bildirilib ki, texnologiya sınaqlardan uğurla keçib və müvafiq maliyyələşmə olduğu halda layihədə istifadə edilə bilər.

Forumun yekununda tərəfdaşlıq üzrə yol xəritəsinin hazırlanması və yekun investisiya qərarına hazırlıq üçün növbəti addımlar razılaşdırılıb.

 “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin əsası 2022-ci ildə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Buxarestdə imzalanmış strateji tərəfdaşlıq sazişi ilə qoyulub. Layihə Xəzər regionunda istehsal edilən bərpaolunan elektrik enerjisinin Qara dəniz vasitəsilə Avropaya ötürülməsini nəzərdə tutur. Layihənin həyata keçirilməsi üçün Qara dənizin dibi ilə sualtı elektrik kabelinin çəkilməsi planlaşdırılır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Gəncədə qəza olub, üç nəfər xəsarət alıb
Cəmiyyət 17:45
Gəncədə qəza olub, üç nəfər xəsarət alıb
Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb
Cəmiyyət 17:29
Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb
Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizinin investisiya imkanları beynəlxalq tərəfdaşlara təqdim olunub
Cəmiyyət 17:18
Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizinin investisiya imkanları beynəlxalq tərəfdaşlara təqdim olunub
Azərbaycanda bir sıra dövlət qurumlarının rəsmi saytları açılmır
Cəmiyyət 16:44
Azərbaycanda bir sıra dövlət qurumlarının rəsmi saytları açılmır
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
Cəmiyyət 16:29
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 36%-ə endirib
Cəmiyyət 16:18
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 36%-ə endirib
QMİ: Həcc ziyarəti üçün kvotanın 15 faizi tamamlanıb
Cəmiyyət 15:33
QMİ: Həcc ziyarəti üçün kvotanın 15 faizi tamamlanıb
Motosiklet qaçıran, skuter və velosiped oğurlayan 5 nəfər saxlanılıb
Cəmiyyət 15:25
Motosiklet qaçıran, skuter və velosiped oğurlayan 5 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol