• $
  • €
  • ₽
  • ₺
  • £

Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib

Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
22.10.2026 22:08

Türkiyənin bəzi media resurslarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan məlumatlar təkzib edilib.Bu barədə Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlamasında bildirilib.

Şura sözügedən iddiaları dini həssaslıqlardan istifadə etməklə ictimai rəyi manipulyasiya etməyə və Azərbaycan haqqında yanlış təsəvvür formalaşdırmağa yönəlmiş dezinformasiya nümunəsi kimi qiymətləndirib.

Açıqlamada qeyd olunub ki, ayrı-ayrı siyasi və ictimai şəxslərin bu cür məlumatların yayılmasında iştirakı, əsassız iddiaları təhqiramiz ifadələrlə təqdim etməsi onların ictimai məsuliyyətinə ziddir və auditoriyaya təsir imkanlarından sui-istifadədir.

Media və Yayım Şurası ölkə haqqında saxta məlumatların yayılmasını pisləyib, media nümayəndələrini, siyasi və ictimai şəxsləri informasiya yayımında məsuliyyətli davranmağa çağırıb.

Şura, həmçinin ictimaiyyəti belə paylaşımlara tənqidi yanaşmağa, məlumatları etibarlı mənbələrdən yoxlamağa və dezinformasiyanın yayılmasına şərait yaratmamağa dəvət edib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Gəncədə qəza olub, üç nəfər xəsarət alıb
Cəmiyyət 17:45
Gəncədə qəza olub, üç nəfər xəsarət alıb
Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb
Cəmiyyət 17:29
Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol