Deputat - Azərbaycanın dünyəvi dövlət quruluşunun qorunması heç bir dinə qarşı deyil
Deputat Zahid Oruc Azərbaycanın dünyəvi dövlət quruluşunun qorunmasının heç bir xalqın, dinin və ya məzhəbin əleyhinə olmadığını açıqlayıb. Bu barədə deputat Miili Məclisdə çıxışı zamanı bildirib.
“Bağçamızda böyüyən uşağın, məktəbimizdə təhsil alan şagirdin, universitetimizdə yetişən alimin, məscidimizdə, kilsəmizdə və sinaqoqumuzda ibadət edən insanların inancları fərqli ola bilər”, -deputat bildirib.
O, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdikdən sonra ideoloji müstəqilliyini də qorumasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, Qərb demokratiya və insan hüquqlarını, İran şiəlik təbliğatını, Türkiyədəki bəzi qruplar isə etnik kimliyi öz maraqları üçün istifadə edir.
“Lakin xalqımız bir paytaxtdan - Bakıdan idarə olunur”, - deputat deyib.
Zahid Oruc Prezident İlham Əliyevi dünyəvi dövlət quruluşunun qorunmasında və Azərbaycanın “bütövlük savaşında” qələbəsindəki roluna görə Heydər Əliyevin və Mustafa Kamal Atatürkün siyasi varisi adlandırıb.
Gülnar Nazimqızı