Azərbaycanda ötən gün 58 cinayət qeydə alınıb
Azərbaycanda oktyabrın 22-də qeydə alınan 58 cinayət və əvvəlki dövrlərdən bağlı qalan 5 cinayət polis əməkdaşları tərəfindən açılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarışda olan ümumilikdə 123 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 88-i borclu şəxs qismində axtarışda olub.
Ötən gün narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 6 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.