Cəlilabadda açıq sahədə baş verən yanğın söndürülüb - yenilənib
Cəlilabad rayonunda, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq sahədə baş vermiş yanğın söndürülüb.Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yanğın nəticəsində təxminən 10 hektar sahədə quru ot və kol-kos yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
14:41
Cəlilabad rayonunda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb.
"Report"un məlumatına görə, hadisə rayon ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb.
Artıq bir neçə saatdır davam edən yanğın təsərrüfatın mərkəzi hissəsini, magistral yolun kənarında yerləşən ərazini əhatə edir.
Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.