Tovuzda avtomobil piyadanı vurub, yaralının vəziyyəti ağırdır
Tovuz rayonunda yol-nəqliyyat hadisəsi zamanı piyada ağır xəsarət alıb. Bu barədə yerli KİV-lər məlumat yayıb.
Hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Yolu keçmək istəyən 1980-ci il təvəllüdlü Asif Ələsgərovu avtomobil vurub. Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağır qiymətləndirilir.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.