Fransa polisi qiymət artımına qarşı aksiyalarda 1 000-ə yaxın şəxsi saxlayıb
Fransada qiymət artımına qarşı keçirilən kütləvi etiraz aksiyaları zamanı baş verən iğtişaşlar nəticəsində 1 000-ə yaxın şəxs saxlanılıb. Bu barədə ölkənin daxili işlər naziri Loran Nunyes keçirdiyi brifinqdə bildirib.
Nazirin sözlərinə görə, hüquq-mühafizə orqanları son dərəcə yüksək zorakılıqla üzləşiblər və saxlanılanların sayı oktyabrın 17-də baş verən nümayişlərlə müqayisədə nəzərəçarpacaq dərəcədə çoxdur. Nunyes əlavə edib ki, bu dəfə soyğunçuluq və talamalar daha az miqyasda qeydə alınıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, şənbə günü həmkarlar ittifaqları və tələbə hərəkatlarının təşkil etdiyi ölkəmiqyaslı aksiyalarda 410 min nəfər iştirak edib. CGT həmkarlar ittifaqı isə nümayişçilərin sayının 800 min nəfərə çatdığını bəyan edib.