Sumqayıtda su kəməri partlayıb, evləri su basıb - Video
Sumqayıtda su kəmərinin partlaması nəticəsində küçəni və fərdi yaşayış evlərini su basıb.
Sakinlərin sözlərinə görə, bəzi evlərin zirzəmilərinə, hətta otaqlarına da su dolub.
Hadisə yerinə aidiyyəti qurumların qəza-bərpa briqadaları cəlb olunub.
Ətraflı “Xəzər Xəbər”in videomaterialında.