• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib
27.10.2026 19:12

Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının nümayəndələrinin hazırlıq iclası keçirilib.Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Azərbaycan Baş Prokurorluğunun ev sahibliyi etdiyi tədbir İƏT-ə üzv dövlətlər arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübə mübadiləsinin genişləndirilməsi və hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Habelə sözügedən tədbir oktyabrın 28-də Bakı şəhərində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşünə hazırlıq məqsədi daşıyır.

Qurani-Kərimdən ayələrin oxunması ilə başlayan iclasda Qətər Dövlətinin nümayəndəsi, əvvəlki hazırlıq görüşünə sədrlik etmiş tərəfin təmsilçisi, Azərbaycan Respublikası Baş prokurorunun müavini Heydər Məmmədov və İslam Əməkdaşlıq Təşkilatı Baş katibinin müavini çıxış ediblər.

İƏT-ə üzv dövlətlər tərəfindən Katibliyə təqdim edilmiş layihə və bəyanatların hazırlıq iclasında müzakirə olunaraq razılaşdırılması və qəbul edilmək üçün üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşünə təqdim edilməsi ilə əlaqədar olaraq, Qətər Dövlətinin nümayəndəsi tərəfindən Azərbaycan Respublikası Baş prokurorunun müavini Heydər Məmmədova hazırlıq iclasına sədrlik etməsinin rəmzi ifadəsi təqdim edilib.

Heydər Məmmədov çıxışında korrupsiyaya qarşı mübarizənin hüququn aliliyinin təmin edilməsi, dövlət idarəçiliyində şəffaflığın artırılması və ictimai etimadın möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən institusional islahatların, müasir idarəetmə prinsiplərinin tətbiqinin və korrupsiyaya qarşı mübarizə mexanizmlərinin təkmilləşdirilməsinin ardıcıl dövlət siyasətinin mühüm istiqamətlərindən olduğunu bildirib.

Baş prokurorun müavini, həmçinin bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin, qabaqcıl təcrübənin öyrənilməsinin və hüquq-mühafizə orqanları arasında əlaqələndirilmiş fəaliyyətin gücləndirilməsinin vacibliyini qeyd edib. O, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin inkişafına və təşkilat çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb.

İslam Əməkdaşlıq Təşkilatı Baş katibinin müavini isə çıxışında üzv dövlətlər arasında həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinin, korrupsiyaya qarşı mübarizədə ortaq yanaşmaların təşviqinin və müvafiq qurumlar arasında institusional əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıb. O, beynəlxalq təcrübə mübadiləsinin, qabaqcıl metodların tətbiqinin və dövlətlər arasında əlaqələndirilmiş fəaliyyətin genişləndirilməsinin bu sahədə səmərəli nəticələrin əldə olunmasına xidmət etdiyini qeyd edib.

İclasda müxtəlif üzv dövlətlərin nümayəndələri mövzu ilə bağlı çıxış edərək öz ölkələrinin təcrübəsini, mövcud yanaşmaları və gələcək əməkdaşlığın inkişafına dair təkliflərini bölüşüblər.

Səudiyyə Ərəbistanı, Mərakeş, Qətər, Qırğız Respublikası, Liviya, Livan, Sudan, İordaniya və digər iştirakçı dövlətlərin nümayəndə heyətləri sessiyanın yüksək səviyyədə təşkilinə görə öz təşəkkürlərini bildirib, həmçinin Nazirlər Görüşündə qəbul edilməsi nəzərdə tutulan qətnamə layihələri üzərində aparılan işləri yüksək qiymətləndirərək, bu istiqamətdə əməkdaşlığa sadiqliklərini ifadə ediblər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib
Cəmiyyət 20:29
Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib
Cəmiyyət 19:12
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşüb
Cəmiyyət 18:22
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşüb
İrandan Azərbaycana keçmək istəyən üç əfqan saxlanılıb
Cəmiyyət 18:19
İrandan Azərbaycana keçmək istəyən üç əfqan saxlanılıb
Bakı metrosunun 27 stansiyasında defibrilyatorlar quraşdırılacaq
Cəmiyyət 18:06
Bakı metrosunun 27 stansiyasında defibrilyatorlar quraşdırılacaq
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub
Cəmiyyət 17:55
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub
Əli Əsədov İƏT-in Baş katibi ilə görüşdü
Cəmiyyət 17:15
Əli Əsədov İƏT-in Baş katibi ilə görüşdü
Hava ilə bağlı xəbərdarlıq edilib
Cəmiyyət 16:53
Hava ilə bağlı xəbərdarlıq edilib
Salyanda bir ailənin üç üzvü bıçaqlandı- Ana öldü - yenilənib
Cəmiyyət 16:44
Salyanda bir ailənin üç üzvü bıçaqlandı- Ana öldü - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol