Bu ərazilərdə işıq olmayacaq
Oktyabrın 28-də Bakının Yasamal, Nəsimi, Sabunçu və Qaradağ rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə Yasamal və Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərindəki bir sıra transformator məntəqələrində, eləcə də Sabunçu RETSİ-nin ərazisində yerləşən 6 kV-luq hava xəttində təmir işləri aparılacaq. Həmçinin Qaradağ RETSİ-nin ərazisində yeni Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılacaq.
Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Arif Muradov, Əsəd Əhmədov, İsfəndiyar Zülalov, Məhəmməd Xiyabani, Mirəli Seyidov, Murtuza Muxtarov və Şamil Əzizbəyov küçələrində, Azərbaycan prospektində, eləcə də Yeni Yasamal 1 və 2 yaşayış massivlərinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Nəsimi rayonunda Rasim Səfərov küçəsi və 3-cü Alatava yaşayış massivinin bəzi ərazilərində saat 10:00-dan 12:00-dək elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.
Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən Şuşa şəhərciyində saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişi dayandırılacaq.
Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 1-ci və 2-ci massivlərdə isə saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq.
Qeyd olunub ki, təmir və quraşdırma işləri elektrik enerjisinin verilişinin keyfiyyətini artırmaq və artan yük tələbatını qarşılamaq məqsədi daşıyır.