Kəmaləddin Heydərovdan yeni təyinat
Polkovnik-leytenant Ramin Orucov Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin rəisi təyin olunub.
"Qafqazinfo" xəbər verir ki, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.
Ramin Orucov bu təyinatadək nazirliyin Aran Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb.
Nazirin digər əmri ilə Gəncə Regional Mərkəzinin əvvəlki rəisi Rövşən Nəbiyev Qələbə Regional Mərkəzinin rəisi təyin edilib.