Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qalıb,saxlanılanlar var
Bakıda məktəblilərdən birinin ölümü ilə bağlı hadisəni işıqlandırmaq istəyən “Real TV”nin çəkiliş qrupu hücuma məruz qalıb.
“Oxu.Az”ın məlumatına görə, hadisə Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə baş verib. Məktəbin 7-ci sinif şagirdi pəncərədən yıxılaraq həyatını itirib.
Hadisə barədə çəkiliş aparmaq üçün məktəbə yollanan televiziya əməkdaşlarına ərazidə hücum edilib. Məlumata görə, məktəbin qarovulçusunun təkidindən sonra bir qrup şəxs çəkiliş qrupuna hücum edib. Nəticədə operator müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Jurnalistlər hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət ediblər.
Məlumata görə, hadisə ilə əlaqədar polis tərəfindən saxlanılanlar var.
Faktla bağlı araşdırma aparılır.