Bakıda iki ərazidə yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Oktyabrın 29-da saat 08:00-dan etibarən Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri aparılacaq.Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bundan əlavə, Koroğlu Rəhimov və Təbriz küçələrinin kəsişməsində yolun hərəkət hissəsinin genişləndirilməsi məqsədilə ayırıcı zolağın sökülməsinə başlanılacaq.
AAYDA-dan bildirilib ki, təmir işləri ilə əlaqədar həmin ərazilərdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.
Sürücülərdən alternativ marşrutlardan istifadə etmələri, yolda diqqətli olmaları və aparılan işləri nəzərə almaları xahiş olunub.