Mehriban Əliyeva Türkiyəni Cümhuriyyət Bayramı münasibətilə təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyə xalqını Cümhuriyyət Bayramı münasibətilə təbrik edib. Mehriban Əliyeva bu barədə sosial media hesablarında paylaşım edib.
“Türkiyə xalqını Cümhuriyyət Bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm!”, - paylaşımda deyilir.
Türkiyə Cümhuriyyətinin elan edilməsi 1923-cü il oktyabrın 29-da Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyə Böyük Millət Məclisinin qərarı ilə rəsmiləşdirilib. Həmin gün Türkiyədə hər il Cümhuriyyət Bayramı kimi qeyd olunur.
Son xəbərlər
Daha çox