"Azeri Light" neftinin qiyməti 2,5% azalaraq 122,28 dollar olub
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,14 ABŞ dolları və ya 2,5% azalaraq 122,28 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti 114,82 ABŞ dolları olub.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,74 dollar və ya 2,38% azalaraq 112,38 ABŞ dollarına düşüb.
Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları götürülüb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub.
Azərbaycanda bu markalı neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3%-dir.