Türkiyədə narkotik əməliyyatı keçirilib, 20 nəfər saxlanılıb
Türkiyədə Bingöl Baş Prokurorluğunun koordinasiyası ilə vilayət polis idarəsinin narkotiklərlə mübarizə şöbəsinin əməkdaşları Bingöl mərkəz olmaqla dörd vilayətdə eyni vaxtda əməliyyat keçiriblər.Bu barədə “Haber Global” xəbər verir.
Əməliyyata 70 qrup, üç xüsusi təyinatlı dəstə, 350 əməkdaş, iki pilotsuz uçuş aparatı və beş narkotik axtarış iti cəlb olunub. Ümumilikdə 35 ünvanda axtarış aparılıb.
Əməliyyat zamanı saxlanılan 27 şübhəlidən üçü polis idarəsindəki prosedurlardan sonra sərbəst buraxılıb.
Məhkəməyə göndərilən 24 nəfərdən dördü barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib, 20 nəfər isə həbs olunaraq istintaq təcridxanasına göndərilib.