• $
  • €
  • ₽
  • ₺
  • £

MKA “Apple” istifadəçilərinə təhlükəsizlik boşluğu ilə bağlı xəbərdarlıq edib

MKA “Apple” istifadəçilərinə təhlükəsizlik boşluğu ilə bağlı xəbərdarlıq edib
31.10.2026 15:05

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) “Apple” məhsullarında aşkarlanan təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə xəbərdarlıq edib.

Anews.az Agentliyə istinadən xəbər verir ki, “iOS”, “iPadOS” və “macOS” əməliyyat sistemlərinin bəzi versiyalarında qeydə alınan boşluq kiberdələduzlara cihazları ələ keçirmək imkanı yaradır.

Məlumata görə, hazırda vətəndaşlara xarici nömrələrdən zənglər edilir, “WhatsApp” və “Telegram” hesablarına isə aldadıcı mesajlar vasitəsilə zərərli fayllar göndərilir. Əməliyyat sistemlərinin son versiyalarından istifadə etməyən şəxslərin cihazları həmin fayllar vasitəsilə ələ keçirilə bilər. Bu isə istifadəçi məlumatlarının icazəsiz əldə olunmasına səbəb ola bilər.

MKA istifadəçilərə aşağıdakı təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir:

“iPhone”, “iPad” və “Mac” cihazlarının əməliyyat sistemlərini ən son versiyaya yeniləmək;

Naməlum və etibarsız mənbələrdən göndərilən faylları açmamaq;

Avtomatik sistem yeniləmələrini aktivləşdirmək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA “Apple” istifadəçilərinə təhlükəsizlik boşluğu ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 15:05
MKA “Apple” istifadəçilərinə təhlükəsizlik boşluğu ilə bağlı xəbərdarlıq edib
Moskva-Bakı marşrutu üzrə kruiz səfərləri təşkil ediləcək
Cəmiyyət 14:35
Moskva-Bakı marşrutu üzrə kruiz səfərləri təşkil ediləcək
Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik reyslərin sayı 4-ə çatdırılır
Cəmiyyət 13:19
Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik reyslərin sayı 4-ə çatdırılır
Noyabrın ilk gününə gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 12:49
Noyabrın ilk gününə gözlənilən hava şəraiti açıqlanıb
Qubadlıda ilk su elektrik stansiyası tikilir - Video
Cəmiyyət 12:12
Qubadlıda ilk su elektrik stansiyası tikilir - Video
Masazırda binanın dördüncü mərtəbəsindən yıxılan şəxs xilas edilib - Video
Cəmiyyət 11:46
Masazırda binanın dördüncü mərtəbəsindən yıxılan şəxs xilas edilib - Video
Maştağada avtomobil velosipedçini vuraraq öldürüb
Cəmiyyət 11:30
Maştağada avtomobil velosipedçini vuraraq öldürüb
Şahdağa qar yağıb - faktiki hava
Cəmiyyət 10:55
Şahdağa qar yağıb - faktiki hava
Bakı-Xırdalan xətti ilə qatarların normal hərəkəti bərpa edilib - yenilənib
Cəmiyyət 20:59
Bakı-Xırdalan xətti ilə qatarların normal hərəkəti bərpa edilib - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol