• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Xarici ölkələrdə təhsil alan Millət vəkilləri - FOTOLAR

Xarici ölkələrdə təhsil alan Millət vəkilləri - FOTOLAR
29.05.2020 06:08
Milli məclis üzvlərinin böyük bir qismi yerli ali məktəblərdə təhsil  alıb. Amma buna baxmayaraq xarici ölkələrdə təhsil alanlar da var. Xaricdə təhsil alanlar millət vəkillərinin əksəriyyəti isə  Moskva şəhərində  təhsil alıb və ya təhsillərini davam etdiriblər.

Xaricdə təhsil alan milli məclis üzvləri bunlardır:

1) Mehriban Əliyeva - 1988-ci ildə M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.
2) Səməd Seyidov - 1981-1986-cı illərdə Leninqrad Dövlət Universitetinin psixologiya fakültəsində təhsil alıb.
3) Vahid Əhmədov - 1989-1992-ci illərdə Almaniyada Bonn Menecment İnstitutunu bitirərək, menecment-iqtisadçı beynəlxalq diplomuna layiq görülmüşdür.
4) Abel Məhhərəmov - 1973-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində "Üzvi kimya" ixtisası üzrə əyani aspiranturaya daxil olub.
5) Şəmsəddin Hacıyev - 1999-2001-ci illərdə T.Şevçenko adına Kiyev Milli Universitetin Beynəlxalq Münasibətlər İnstitutunun doktorantı olmuşdur.
6) Hadı Rəcəbli - Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini bitirib.
7) Asim Mollazadə - Moskvada Seçenov adına Tibb Akademiyası Nevrologiya və davranış psixofiziologiyası ixtisası üzrə təhsil alıb.
8) İqbal Ağazadə - Kiyev Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
9) Əhliman Əmiraslanov – Moskvada təhsilini davam etdirməklə təhsilin növbəti pilləsini -  aspiranturanı bitirib.
10) Məmmədov Elton - Tomsk İnşaat Mühəndisləri İnstitutunun avtomobillər və avtomobil təsərrüfatı fakültəsini bitirib.
11) Rasim Musabəyov - 1982-1985 illərdə Moskvada aspiranturada oxuyub və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.

Orxan Aslanlı

ANN.Az
 










Oxşar xəbərlər
Oxşar xəbərlər
Xarici ölkələrdə təhsil alan Millət vəkilləri - FOTOLAR
06:08
Xarici ölkələrdə təhsil alan Millət vəkilləri - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol