• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Azərbaycanda “İlin adamları” - Siyahı+Fotolar

Azərbaycanda “İlin adamları” - Siyahı+Fotolar
29.05.2020 06:08
"İlin adamı” mükafatı ölkəmizdə 2001-ci ildən verilməyə başlanılıb. Bu mükafatın təməli ANS şirkətlər qrupu və Çingiz Mustafayev adına Fond tərəfindən qoyulub. Azərbaycanda "İlin adamı” mükafatına ölkəmizin siyasi xadimləri, rəssam, milli qəhrəman ilə yanaşı, sabiq səfir postunda çalışan xarici ölkə vətəndaşına da layiq görülüb.

2001-ci ildən 2013-cü ilə qədər "İlin adamı” mükafatına layiq görülmüş şəxslər bunlardır:

1) Hacıbala Abutalıbov – Bakı Şəhər İcra Hakimiyyəti rəhbəri – 2001
2) Heydər Əliyev – Sabiq Azərbaycan Respublikası Prezidenti – 2002
3) Heydər Əliyev – Sabiq Azərbaycan Respublikası Prezidenti – 2003
4) Toşiyuki Fucivara – Yaponiya dövlətinin Azərbaycandakı sabiq səfiri – 2004
5) Mehriban Əliyeva – Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı – 2005
6) Hacı Allahşükür Paşazadə - Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Sədri – 2006
7) İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti – 2007
8) Tahir Salahov – Azərbaycan Respublikasının məhşur, görkəmli rəssamı – 2008
9) Polad Bülbüloğlu – Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri – 2009
10) Mübariz İbrahimov – Azərbaycanın Milli Qəhrəmanı – 2010
11) Eldar Qasımov və Nigar Camal – "Eurovision – 2011” mahnı müsabiqəsinin qalibləri – 2011
12) İlham Əliyev – Azərbaycan Respublikası Prezidenti – 2013

Qeyd edək ki, 2012-ci ildə bu mükafat heç kimə verilməyib.

Orxan Aslanlı


ANN.Az
 








 
 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda “İlin adamları” - Siyahı+Fotolar
06:08
Azərbaycanda “İlin adamları” - Siyahı+Fotolar
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol