• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Atası intihar edən oğul özünü partlatdı

Atası intihar edən oğul özünü partlatdı
21.12.2014 10:00
35 yaşlı Zaqatala şəhər sakini intihar edib.  Zaqatala Rayon Prokurorluğundan  verilən məlumata görə, hadisə dekabrın 20-dən 21-ə keçən gecə baş verib.  Zaqatala şəhəri, Sevil Qazıyeva küçəsi 47 ünvanında yaşayan 1979-cu il təvəllüdlü Renad Həsəncuma oğlu Muradov kustar üsulla düzəltdiyi partlayıcını alın nahiyəsinə dirəyərək partladıb.

Alın nahiyəsindən ağır xəsarət alan R. Muradov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

R. Muradov dekabrın 21-də saat 04 radələrində xəstəxanada ölüb.

Məlumata görə, narkotik vasitələrin aludəçisi olan və tüfeyli həyat tərzi keçirən R. Muradov bir neçə gün əvvəl də özünə qəsd etmək məqsədilə kəsici alətlə qarın nahiyəsinə xəsarət yetirib. 

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, R. Muradovun atası, ikinci qrup əlil olan Həsəncuma Muradov da bu ilin mart ayının 16-da bədəninə sarıdığı elektrik naqilinin ucunu cərəyana birləşdirərək intihar etmişdi.
 
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda avtoxuliqan polisi vurdu
Qaynari.nfo 11:12
Bakıda avtoxuliqan polisi vurdu
Bakı metrosunda yenə problem yaşandı – Video
Qaynari.nfo 23:21
Bakı metrosunda yenə problem yaşandı – Video
Kişilər ən çox hansı peşənin sahibləri ilə ailə qurmaq istəyirlər?
Musavat.com 20:43
Kişilər ən çox hansı peşənin sahibləri ilə ailə qurmaq istəyirlər?
Nazir direktorlarla bağlı əmr verdi
Qaynari.nfo 19:44
Nazir direktorlarla bağlı əmr verdi
Millət vəkilinə ağır itki
Qaynari.nfo 19:27
Millət vəkilinə ağır itki
Bakıda beşmərtəbəli binada yanğın
Qaynari.nfo 20:58
Bakıda beşmərtəbəli binada yanğın
Azərbaycanda bu film qadağan edildi
Qaynari.nfo 14:41
Azərbaycanda bu film qadağan edildi
Atası intihar edən oğul özünü partlatdı
Musavat.com 10:00
Atası intihar edən oğul özünü partlatdı
Generalın işdən qovduğu rəis qardaşı oğludur
Qaynari.nfo 10:49
Generalın işdən qovduğu rəis qardaşı oğludur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol