• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Məşhur maniken İŞİD-ə qoşuldu - FOTOLAR

Məşhur maniken İŞİD-ə qoşuldu - FOTOLAR
29.05.2020 06:04
Avstraliya mediası Melbörn şəhərində professional modelliklə məşğul olan Şarki Jamanın (Sharky Jama) öz karyerasından uzaqlaşaraq terror təşkilatı İŞİD-ə qoşulduğu barədə məlumat verib.

"Mail Australia" qəzetinin yazdığına görə, Şarki Jama karyerasınnı ən gözəl vaxtlarını yaşayırmış. ANN.Az xəbər verir ki, jurnalistlər araşdırma apararkən manikenin Facebook hesabında İraq şəhəri olan Fellucda yaşadığına dair paylaşımlar etdiyini ortaya çıxarıblar və vurğulanıb ki, Jama artıq bir ildir təşkilata qatılıb və o, Yusif Yusif adlı dostu ilə birgə cihada qatılıb. Yusif Yusif İŞİD-ə qatılmazdan öncə La Trobe Universitetinin tələbəsi olub.

Jama hazırda Facebook hesabında adını dəyişib. Onun ən son paylaşımı dekabrın 8-ə aiddir: "Əvvəllər yaşadığm yerdə insanlar rahatlıq və sakitlik tapırdı. Amma qəlbim savaş içində idi. Amma indi evim dediyim yerdə savaşdan başqa heç nə yoxdur. Amma qəlbim çox rahat və sakitdir".

Jamanın çalışdığı sonuncu model şirkətindı onun haqqındakı profildə məlumatlar və fotolar hələ də saxlanılır. Qeyd belədir: "Qəhvə rəngli gözlər, qara saç və 1.80 sm-lik boyunda kişi model".

"The Australian" qəzetinin yazdığına görə isə, indiyə kimi ölkədən İŞİD-ə qatılmaq üçün 70 nəfər gedib. Onlardan 20-nin döyüşlərdə öldüyü güman edilir. İŞİD-ə qoşulan ölkə vətəndaşlarının ən yaxşı mütəxəssis olduqları vurğulanır. Video-montaj üzrə redaktor olan avstraliyalılardan biri haqqında məqalə dərc edən qəzet belə bir sitat gətirib. Avstraliyalı şərq dünyasında özünün azadlığını tapdığını vurğulayıb: "Burada daxili azadlığıma qovuşmuşam. Burada işim var. Paytaxt Rakkada yaşayıram. Yeyirəm, yatıram, işləyirəm və bir gün bir hərbi təyyarənin buranı bombalaması nəticəsində şəhid olmağı arzulayıram".

ANN.Az

 
 






Oxşar xəbərlər
Oxşar xəbərlər
Dünyanı heyrətə salan evlilik təklifi - FOTO
Dünya 08:55
Dünyanı heyrətə salan evlilik təklifi - FOTO
Zəngin İran gənclərinin açıq-saçıq FOTOLARI
Dünya 06:05
Zəngin İran gənclərinin açıq-saçıq FOTOLARI
Tarixdə görünməmiş zorlanma hadisəsi - FOTOLAR
Dünya 06:04
Tarixdə görünməmiş zorlanma hadisəsi - FOTOLAR
Məşhur maniken İŞİD-ə qoşuldu - FOTOLAR
Dünya 06:04
Məşhur maniken İŞİD-ə qoşuldu - FOTOLAR
ABŞ-ın gizli dinləmə xəritəsi üzə çıxdı: Bakı da siyahıda - Foto
Dünya 23:01
ABŞ-ın gizli dinləmə xəritəsi üzə çıxdı: Bakı da siyahıda - Foto
Əsgərlər naziri öldürdü - FOTOLAR
Dünya 22:59
Əsgərlər naziri öldürdü - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol