• $
  • £

Bu malların qiyməti qalxır – SİYAHI

Bu malların qiyməti qalxır – SİYAHI
08.01.2015 11:57
"Siqarlar, eləcə də tütündən hazırlanmış siqaretlər və onun əvəzediciləri aksiz dərəcəsinin atırılmasına görə bahalaşacaq”.
 
Axar.az xəbər verir ki, bu açıqlama ilə iqtisadçı Qubad İbadoğlu öz Feysbuk səhifəsində çıxış edib.
 
O, bu il spirtli içkilərin də qiymətinin bahalaşacağını bildirib:
 
"2015-ci il yanvarın 1-dən Azərbaycanda fiziki şəxslər əmlak vergisini invertar dəyərinə görə deyil, onların xüsusi mülkiyyətində olan mənzillərin sahəsindən asılı olaraq ödəyəcəklər. Yeni dəyişikliyə görə, əmlak vergisi 30 kvadratmetrdən çox olan sahənin hər kvadratmetrinə görə hesablanacaq və regionlar üzrə fərqləndiriləcək. Bu ildən etibarən 10 sotdan çox torpaq sahəsi olan fiziki şəxslər də əvvəlki illə müqayisədə daha çox vergi ödəmək məcburiyyətində qalacaqlar. Bu il avtomobil həvəskarları üçün də bəd xəbərlərlə başlayıb. Son dəyişikliyə görə, idxal olunan avtomobillərə tətbiq edilən yeni aksiz dərəcələri istehlakçıların xərclərini mühərrikin həcmindən asılı olaraq ən azı 100 manat və ən çoxu 13.300 manat artıracaq. 2015-ci ildə aksiz dərəcələrinin artımı nəticəsində qiymətləri bahalaşacaq mallar siyahısına etil spirti, araq, tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, lükör və lükör məmulatları, konyak və konyak materialları, şampan şərabı, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər daxildir. Bununla yanaşı, siqarlar, eləcə də tütündən hazırlanmış siqaretlər və onun əvəzediciləri aksiz dərəcəsinin atırılmasına görə bahalaşacaq”.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
Azərbaycanda məhbus öldü
Qaynari.nfo 10:58
Azərbaycanda məhbus öldü
Dəfn qaydaları dəyişir: ailəvi məzarlıqlara icazə verilməyəcək
Qaynari.nfo 08:53
Dəfn qaydaları dəyişir: ailəvi məzarlıqlara icazə verilməyəcək
Bakı metrosunda vəhşilik - VİDEO
Qaynari.nfo 06:49
Bakı metrosunda vəhşilik - VİDEO
Bakıda qəbirstanlıqda yaşayan ailə - VİDEO
Qaynari.nfo 06:38
Bakıda qəbirstanlıqda yaşayan ailə - VİDEO
Bakıda qəbirstanlıq su altında qaldı - VİDEO
Qaynari.nfo 06:37
Bakıda qəbirstanlıq su altında qaldı - VİDEO
Azərbaycan elminə itki üz verib
Qaynari.nfo 04:34
Azərbaycan elminə itki üz verib
Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəfat edib
Qaynari.nfo 03:38
Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəfat edib
Azərbaycanda ən çox korrupsiya faktı aşkarlanan qurumlar - SİYAHI
Qaynari.nfo 02:32
Azərbaycanda ən çox korrupsiya faktı aşkarlanan qurumlar - SİYAHI
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol