• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycanın Gömrük İttifaqına qoşulmaq fikri yoxdur" - AÇIQLAMA

"Azərbaycanın Gömrük İttifaqına qoşulmaq fikri yoxdur" - AÇIQLAMA
29.05.2020 08:00
AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov bu gün bəyanatla çıxış edərək bildirib ki, Azərbaycan nümayəndə heyəti bu qurumda fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Onun sözlərinə görə, sözügedən beynəlxalq qurum Azərbaycanda iğtişaşlar törətməyi planlaşdırır və ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirir. Millət vəkili, AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Asim Mollazadə Elxan Süleymanovun bəyanatını Qaynar.info-ya şərh edərkən deyib ki,  Azərbaycan AvroNest-lə əməkdaşlığı davam etdirməlidir: "Azərbaycan Avropa Parlamentinin bəzi məsələlərə qeyri-obyektiv yanaşmasına baxmayaraq, həm AvroNest-lə, həm də Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı ilə əməkdaşlığı davam etdirməlidir. Əlbəttə, Avropa Parlamentinin Ermənistan və Azərbaycana fərqli yanaşma nümayiş etdirməsi qəbuledilməzdir. Təbii olaraq, Azərbaycan höküməti belə hallara qarşı öz cavabını verməlidir. Eyni zamanda, hansısa imperialist, məsələlərə soyuq müharibə təfəkkürü ilə yaşayan, Azərbaycanla süni tərəfdaşlıq münasibətində olan dövlətlər də bilməlidirlər ki, Azərbaycan müstəqil dövlətdir. Nə Amerika, nə Rusiya, nə Ankara, nə də ki, Brüssel Azərbaycana böyük qardaş münasibəti göstərməməlidir".Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı açıqladığı bəyanata gəlincə, A.Mollazadə bildirib ki, bu bəyanat 22 il gecikib: "BMT-nin Təhlükəsizlik Şurası 22 il bundan qabaq işğal olunmuş ərazilərimizlə bağlı müvafiq qətnamələr qəbul edib. Biz istərdik ki, Avroparlamentin bu bəyanatı sadəcə bəyanat olaraq qalmasın, işğalçılara qarşı konkret sanksiyalar tətbiq olunsun. O zaman bunun hansısa bir əhəmiyyəti ola bilər". Azərbaycanın Gömrük Birliyinə üzv olması ehtimalı ilə bağlı səslənən fikirlərə münasibət bildirən millət vəkili, bunun mümkünsüz olduğunu deyib: "Azərbaycan hökümətinin Gömrük Birliyinə qoşulmaq fikri yoxdur. O ki qaldı Rusiyanın Ermənistanı bu Birliyə qəbul edib-etməsinə, bu həmin ölkələrin daxili işləridir. Ermənistan həm Belarus, həm də Rusiya ilə hərbi müttəfiqdir. Bu dövlətlər öz məsələlərini öz aralarında həll etməlidirlər". Azərbaycanın MDB-dən çıxma perspektivi ilə bağlı sualın cavabında isə millət vəkili bildirib ki, bu qurumu ciddi hesab eləmir: "MDB elə bir ciddi siyasi bir qurum deyil ki, orada qalıb-qalmamağımızı müzakirə edək. Sadəcə burada ölkə rəhbərləri bir-biri ilə görüşür, fikir mübadiləsi aparır. Buna görə də, indi MDB-dən çıxıb-çıxmamaqla bağlı müzakirə açmağa ehtiyac görmürəm. Amma bu da faktdır ki, Azərbaycana, GUAM ölkələrinə yeni yaradılan Gömrük Birliyi və Avrasiya İttifaqına qoşulmaqla bağlı təzyiqlər var. Biz bu məqamları ciddi araşdıraraq həm Avropa, həm də dünya ictimaiyyətinə çatdırmalıyıq".
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol