• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident təltif etdi

Prezident təltif etdi
02.02.2015 21:04
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasından olan iştirakçıların "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” vahid yubiley medalı haqqında” MDB dövlət başçıları Şurasının 2013-cü il 25 oktyabr tarixli qərarına uyğun olaraq qərara alıram:

1. Aşağıdakı şəxslər "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalı ilə təltif edilsinlər:
1.1. SSRİ Silahlı Qüvvələri sıralarında Böyük Vətən müharibəsi cəbhələrində döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçular və muzdla xidmət etmiş mülki şəxslər;
1.2. faşist işğalçılarına qarşı gizli mübarizə aparan şəxslər;
1.3. Böyük Vətən müharibəsi dövründə SSRİ Silahlı Qüvvələrində xidmət etmiş hərbi qulluqçular və muzdla xidmət etmiş mülki şəxslər;
1.4. "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” və "Yaponiya üzərində qələbəyə görə” medalları ilə təltif olunmuş, həmçinin "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalının vəsiqəsi, yaxud müharibə iştirakçısı vəsiqəsi olan şəxslər;
1.5. Böyük Vətən müharibəsi illərində fədakar əməyə görə SSRİ ordenləri, "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə”, "Əmək igidliyinə görə”, "Əməkdə fərqlənməyə görə”, "Leninqradın müdafiəsinə görə”, "Moskvanın müdafiəsinə görə”, "Odessanın müdafiəsinə görə”, "Sevastopolun müdafiəsinə görə”, "Stalinqradın müdafiəsinə görə”, "Kiyevin müdafiəsinə görə”, "Qafqazın müdafiəsinə görə”, "Sovet Zapolyaryesinin müdafiəsinə görə” medalları ilə təltif olunmuş şəxslər;
1.6. "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalının vəsiqəsi olan şəxslər;
1.7. "Blokadada olan Leninqrad sakininə” nişanı ilə təltif olunmuş şəxslər”.
 
Sərəncama əsasən, Nazirlər Kabineti "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalının və onun vəsiqəsinin hazırlanması ilə əlaqədar tədbirlər görməli; yubiley medalı ilə təltif olunacaq şəxslərin siyahılarının tərtib edilməsini və medalların təqdim olunmasını təmin etməlidir.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol