• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakı-2015”lə bağlı yeni sazişlər

“Bakı-2015”lə bağlı yeni sazişlər
29.05.2020 00:47
"Bakı-2015” Əməliyyat Komitəsi birinci Avropa Oyunlarının Yunanıstanda və Finlandiyada nümayişini təmin etmək üçün yayım sazişləri imzalayıb. 

ANN.Az "Qafqazinfo”ya istinadən xəbər verir ki, Yunanıstanda ictimai yayımın əsas təminatçısı olan "NERIT” (New Hellenic Radio, Internet and Television) televiziyası və onlayn platformaları vasitəsilə birinci Avropa Oyunlarının gündəlik olaraq birbaşa yayımı təmin ediləcək, eyni zamanda, möhtəşəm açılış və bağlanış mərasimləri yayımlanacaq.

Finlandiyanın ödənişsiz milli yayım şirkəti olan "Yle” isə açılış və bağlanış mərasimlərinin, eyni zamanda, gündəlik olaraq yarışların birbaşa yayımını təmin edəcək və qarşılaşmaların ən yaddaqalan məqamlarından ibarət videomaterialları nümayiş etdirəcək. Bu qurum yerli yayım şirkəti olan "İnternational Sports Broadcasting”in vebsaytı və rəqəmsal platformaları vasitəsilə Oyunların 800 saatlıq birbaşa yayımını da təmin edəcək.

"Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, Yunanıstanın və Finlandiyanın milli yayım şirkətləri ilə müqavilələrin bağlanması Oyunların Avropada milyonlarla evdə nümayişinə şərait yaradacaq. İdmanın sevildiyi ölkələr olan Yunanıstanda və Finlandiyada azarkeşlər bu yayım sazişləri əsasında təmin ediləcək geniş rəqəmsal yayım vasitəsilə idmançılarının çıxışlarını dəstəkləyə biləcəklər. Bu, çox gözəl haldır.

"NERIT” şirkətinin baş direktoru Piter Mais isə bununla bağlı qeyd edib: "Qədim Olimpiya Oyunlarının vətəni sayılan Yunanıstan dünyada tanınan və dəyər verilən zəngin idman tarixinə malikdir. Birinci Avropa Oyunları qitənin idman tarixində mühüm məqamdır. Biz Oyunları ölkəmizdə yayımlayacağımız üçün fəxr edirik”.

"Yle” şirkətinin idman hüquqları və tərəfdaşlar üzrə meneceri Robert Portman bildirib ki, "Bakı-2015” Avropa Oyunlarının Finlandiyada yayımlanması ölkəmizdəki milyonlarla insanın sevimli idmançılarının çıxışlarını izləmələrinə imkan yaradacaq. Birinci Avropa Oyunları gözəl şəhərdə keçirilən möhtəşəm idman bayramı olacaq. Biz 17 günlük maraqlı yarışları səbirsizliklə gözləyirik.

Avropa Yayım İttifaqının üzvü olan "NERIT” şirkətinin əsası 2013-cü ilin iyununda - Yunanıstanın keçmiş ictimai yayım təminatçısı "ERT” ləğv edildikdən sonra qoyulub.

Əsası 1926-cı ildə qoyulmuş "Yle” şirkəti də Avropa Yayım İttifaqının üzvüdür. Şirkət Olimpiya və Qış Olimpiya oyunlarını Finlandiyada yayımlamaq hüququna malikdir.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
İdman 18:47
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
İdman 13:01
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
İdman 10:09
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
İdman 21:55
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol