• $
  • £

Bakı metrosunda problem - Video

Bakı metrosunda problem - Video
10.03.2015 10:17
Bu gün səhər saat 08:20-də Bakı metropolitenində sərnişin sıxlığı ilə nəticələnən nasazlıq baş verib.

ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, metronun "Elmlər Akademiyası” stansiyasında eskalatorlardan biri sıradan çıxıb.

Nəticədə stansiyadan çıxan sərnişinlər bir çox olduğundan basabas yaranıb.

Qeyd edək ki, həmin eskalator tez-tez sıradan olur. Bu səbəbdən ötən ilin yay aylarında həmin eskalator 3 aya yaxın əsaslı təmir olunmaq üçün bağlanmışdı. Lakin əsaslı təmirdən sonra da eskalatorda tez-tez nasazlıq yaranır.

Məsələ ilə əlaqədar Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisəyə eskalatorun əsas yürüyünün rezininin çıxması səbəb olub.

"Eskalator 2 dəqiqə müddətinə dayanmışdı. Bu səbəbdən sıxlıq yaranıb. Əksər hallarda elə yürüyün rezininin çıxması halları baş verir. Buna eskalatorun xarab olması demək düzgün olmazdı”, - deyə Nəsimi Paşayev bildirib.
 
ANN.Az

 
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı metrosunda problem - Video
Qaynari.nfo 10:17
Bakı metrosunda problem - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol