• $
  • £

Azərbaycanda uşaqlara ən çox bu adlar qoyulur - SİYAHI

Azərbaycanda uşaqlara ən çox bu adlar qoyulur - SİYAHI
01.07.2015 11:05
Azərbaycanda yeni doğulan uşaqlara verilən adların statistikası açıqlanıb.

ANS PRESS-in məlumatına görə, ötən illərdə olduğu kimi bu il də bənzər adlar ilk beşlikdə yer alıb. Uşaqlara verilən adlar arasında dini adlar üstünlük təşkil edir. 

Oğlan adları arasında ən məşhur ad Yusifdir. Bu ilin ötən dövrü ərzində 1377 oğlan uşağına Yusif adı verilib. Oğlan adları arasında ikinci ən məşhur ad isə Əlidir(1000). İlk beşliyi Hüseyn (951), Məhəmməd (615) və Murad (638) adları tamamlayır. 

Qız adları arasında ən məşhuru isə Zəhra adıdır. Bu ilin ötən dövrü ərzində 1356 qız uşağına Zəhra adı verilib. Hazırki statistikaya əsasən Nuray adı (1014) qız uşaqlarına verilən ikinci ən məşhur addır. Bu ilin ötən dövrü ərzində 899 körpə qıza Fatimə, 717 qıza Aylin, 618 qıza isə Zeynəb adı verilib. 

Son 5 ilin statistikasına nəzər salsaq görərik ki, oğlan uşaqlarına verilən ən məşhur ad Yusif (15505), qız uşaqlarına verilən ən məşhur ad isə Zəhradır (14233). 

2015-ci ilin I rübü ərzində Azərbaycanda 38 min 358 uşaq doğulub. Onlardan 20 min 378-i oğlan, 17 min 980-i qızdır. 2014-cü ildə isə ölkəmizdə doğulanların 53,6%-ni oğlanların, 46,4%-ni qız uşaqları təşkil edib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Universitetin kafedra müdiri vəfat etdi
08:30
Universitetin kafedra müdiri vəfat etdi
Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
06:58
Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
05:51
Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
Azərbaycanda yeni qurum yaradılır
05:42
Azərbaycanda yeni qurum yaradılır
670 bal toplayan abituriyent ali məktəbdən imtina etdi
05:29
670 bal toplayan abituriyent ali məktəbdən imtina etdi
DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
05:11
DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
Eldar Mahmudovun qohumu həbs olundu
04:40
Eldar Mahmudovun qohumu həbs olundu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol