• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ən çox doğum Lənkəran-Astarada qeydə alınıb

Azərbaycanda ən çox doğum Lənkəran-Astarada qeydə alınıb
26.08.2026 11:31

 

Azərbaycanda 2026-cı ilin yanvar-iyununda ən çox doğum Bakıdan sonra Lənkəran-Astara iqtisadi rayonunda qeydə alınıb - burada 4 671 uşaq dünyaya gəlib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Hesabat dövründə ölkə üzrə ümumilikdə 40 798 uşaq doğulub. Bakıda 8 107 doğum qeydə alınıb və paytaxt ölkə üzrə doğumların təxminən 20 faizini təşkil edib.

Lənkəran-Astaradan sonra ən çox doğum Qarabağ iqtisadi rayonunda - 3 616, Mərkəzi Aranda - 3 150, Qazax-Tovuzda - 2 902 olub.

Digər iqtisadi rayonlarda doğum sayı belə olub:

Şəki-Zaqatalada 2 486, Quba-Xaçmazda 2 449, Mil-Muğanda 2 382, Şirvan-Salyanda 2 192, Gəncə-Daşkəsəndə 2 141, Abşeron-Xızıda 2 092, Dağlıq Şirvanda 1 629, Naxçıvanda 1 495, Şərqi Zəngəzurda isə 1 486.

Rayonlar üzrə ən yüksək göstəricilərdən biri Cəlilabadda - 1 318 doğum olub. Abşeron rayonunda 996, Ağdamda 897, Lənkəranda 867, Qubada 817, Tovuzda isə 812 uşaq doğulub.

Eyni dövrdə Azərbaycanda 30 625 ölüm halı qeydə alınıb. Nəticədə ölkədə təbii artım 10 173 nəfər təşkil edib.

Rayon və şəhərlər üzrə ən az doğum Xankəndi şəhərində qeydə alınıb - 2026-cı ilin ilk altı ayında burada cəmi 8 uşaq dünyaya gəlib. Aşağı göstəricilər həmçinin Neftçala rayonunda - 23, Xocalı rayonunda -97 doğum kimi qeydə alınıb.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol