• $
  • €
  • ₽
  • ₺
  • £

“Ziraat Bank Azərbaycan” istiqrazlar yerləşdirib

“Ziraat Bank Azərbaycan” istiqrazlar yerləşdirib
26.08.2026 14:51

“Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqraz buraxılışına 4 dəfədən çox tələb daxil olub.

“Ziraat Bank Azərbaycan” ASC Bakı Fond Birjasında 15 milyon manat həcmində ilk istiqraz buraxılışını uğurla həyata keçirib.

Bank rəhbərliyinin istiqrazların ticarətə buraxılmasına həsr olunmuş “Açılış Zəngi” mərasimindəki çıxışına əsasən, emissiya üzrə tələb təklifi 4 dəfədən çox üstələyib və prosesdə 144 investor iştirak edib.

2014-cü ildən etibarən Azərbaycanda fəaliyyət göstərən və Türkiyənin 160 ildən artıq tarixi olan “Ziraat Bankası”nın törəməsi kimi qurulan bank üçün bu təşəbbüs yerli kapital bazarlarında mühüm mərhələdir.

"Ziraat Bank Azərbaycan” ASC-nin Azərbaycan bazarındaistiqrazlarının yerləşdirilməsinin uğurla yekunlaşması bank, ölkənin kapital bazarı, onun iştirakçıları və investisiya şirkətləri üçün mühüm hadisədir. Bunu “PAŞA Kapital” investisiya şirkətinin Baş icraçı direktoru İsi Mustafayev “Ziraat Bank Azərbaycan” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında ticarətə buraxılmasına həsr olunmuş “Açılış Zəngi” mərasimində bildirib.

Onun sözlərinə görə, bu təşəbbüs “Ziraat Bank Azərbaycan”ın kapital bazarlarındakı ilk təcrübəsidir və bazarda yeni maliyyə alətlərinin daha geniş investor auditoriyasına təqdim edilməsinə şərait yaradır.

Mustafayev qeyd edib ki, istiqrazların yerləşdirilməsində 140-dan çox investor iştirak edib.

 “Bunun əsas səbəblərindən biri prosesin ənənəvi kanallarla yanaşı, elektron platforma üzərindən aparılmasıdır. Eyni yanaşma daha əvvəl 'PAŞA Bank'ın səhmlərinin və istiqrazlarının yerləşdirilməsi zamanı da uğurla tətbiq olunub”, - Mustafayev bildirib.

N.Təbrizli

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol