• $
  • £

Apastrof geri qayıdır

Apastrof geri qayıdır
07.07.2015 17:30
"Apostrof işarəsi Azərbaycan dilinin müəyyən məsələlərində çox lazımdır. Apostrofun Azərbaycan dilinin latın qrafikalı əlifbasına salınmaması dildəki müəyyən məsələləri çətinləşdirib”.

 ANS PRESS-in məlumatına görə, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri, Dövlət Dil Komissiyasının üzvü İsmayıl Məmmədov deyib.

Alim qeyd edib ki, əvvəllər 140-150 sözdə apostrof olduğu halda, getdikcə onların sayı azaldılıb: "Əvvəllər "sənət", "Cəfər" sözlərində də apostrof var idi. Amma sonradan apostrofla yazılan sözlərin sayı 100-ə qədər azaldıldı. 2004-cü ilə qədər orfoqrafiya lüğətində həmin sözlər apostrofla yazılırdı”.

İ.Məmmədovun sözlərinə görə, həmin sözlərin apostrofla yazılması Azərbaycan dilinin daha yaxşı öyrənilməsinə xidmət edirdi. Lakin apostrofun götürülməsi bu gün daha çox orta məktəblərin tədris işində çətinliklər yaradır.

Dövlət Dil Komissiyasının üzvü hesab edir ki, apostrofun qalması Azərbaycan dilini öyrənənlərə bu dili daha dərindən, incəliklərinə qədər öyrətməyə imkan verərdi: "Tədris işində apostrof həm hecaya ayırma, həm məna fərqləndirməsi, həm də tələffüz zamanı bəzi sait səslərin uzanmasına xidmət edirdi. Məsələn, şölə, şöbə, məna sözlərində birinci sait səslər uzanırdı. Yaxud "bəzən” (zərf - bəzi vaxtlarda) və "bəzənmək” sözlərində məna fərqlidir, apostrof olmadığına görə məna təhrifinə yol verilir. Apostrof olanda isə bu fərq bilinirdi. Apostrof götürüldüyü üçün indi şagirddə, dinləyicidə hazırlıq o qədər güclü olmalıdır ki, bu fərqləri özü bilsin. Amma bu, heç bir mənbədə yoxdursa, bu qayda da çıxardılıbsa, şagird bunu haradan bilər?! Akademiklər, professorlar bu detalları bilirlər, amma orta məktəbdə dilin qanunlarını öyrənən uşaqlar bunu bilmirlər. Dili, yazını, tələffüzü öyrənən adam da bu məsələlərdə çətinlik çəkir”.

İ.Məmmədov əlavə edib ki, bu gün klassik ədəbiyyatda da apostrofun saxlanılması çox lazımdır.

Əlifbada apostrofun bərpasının tərəfdarı olduğunu deyən alim bildirib ki, ölkənin bəzi tanınmış dilçi alimləri - professor Əziz Əfəndizadə, professor Yusif Seyidov və b. vaxtilə apostrofun əlifbadan çıxarılmasının əleyhinə olublar. Apostrofun yenidən bərpası üçün isə Dövlət Dil Komissiyasının üzvləri, tanınmış dilçi alimlər birlikdə müzakirələr aparmalıdırlar.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Universitetin kafedra müdiri vəfat etdi
08:30
Universitetin kafedra müdiri vəfat etdi
Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
06:58
Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
05:51
Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
Azərbaycanda yeni qurum yaradılır
05:42
Azərbaycanda yeni qurum yaradılır
670 bal toplayan abituriyent ali məktəbdən imtina etdi
05:29
670 bal toplayan abituriyent ali məktəbdən imtina etdi
DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
05:11
DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
Eldar Mahmudovun qohumu həbs olundu
04:40
Eldar Mahmudovun qohumu həbs olundu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol