• $
  • €
  • ₽
  • ₺
  • £

ATƏT PA-da Azərbaycan deputatının hazırladığı qətnamə qəbul olundu

ATƏT PA-da Azərbaycan deputatının hazırladığı qətnamə qəbul olundu
07.07.2015 18:42
Ermənistan nümayəndə heyəti rəhbərinin "ATƏT regionunda dövlətlərarası münasibətlər kontekstində Helsinki prinsiplərinə sadiqlik” qətnaməsinə təklif etdiyi dəyişikliklər dəstəklənməyib

Bakı. Məlahət Nəcəfova - APA. ATƏT Parlament Assambleyasının sessiyasında "ATƏT regionunda dövlətlərarası münasibətlər kontekstində Helsinki prinsiplərinə sadiqlik” adlı qətnamə layihəsi qəbul olunub.
 
APA-nın məlumatına görə, layihə qurumun Xarici Əlaqələr və Təhlükəsizlik Komitəsinin sədr müavini Azay Quliyev tərəfindən hazırlanıb. ATƏT PA-nın bu gün keçirilən iclasında Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyanın layihəyə təklif etdiyi heç bir dəyişiklik dəstəklənməyib və layihəyə olduğu kimi qəbul edilib
 
Sənəddə ATƏT-in müxtəlif regionlarında, əsasən də Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada davam edən münaqişələrdən narahatlıq ifadə olunur. Bildirilir ki, ATƏT regionundakı bu münaqişələr həmin ölkələrin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə xələl gətirir, demokratik islahatları və bu ölkələrin dayanıqlı inkişafını çətinləşdirir, regional əməkdaşlıq və inkişafa mane olur. Qeyd olunur ki, Helsinki prinsiplərinə tam sadiqlik münaqişələrin sülh yolu ilə həllinə, silahlı münaqişələrin qarşısının alınmasına, ölkələr arasında münasibətlər zamanı qanunun aliliyinə hörmətlə yanaşılmasına, beynəlxalq və regional səviyyədə sülhün daha effektiv dəstəklənməsinə təkan verəcək.
 
 
ATƏT PA münaqişə tərəflərinin BMT Təhlükəsizlik Şurasının və digər təşkilatların müvafiq sənədlərini həyata keçirməsi və onlara əməl etməsinin vacibliyini qeyd edir, ATƏT-in müxtəlif regionlarında mövcud münaqişələrin siyasi həlli ilə bağlı dayanıqlı proqresin olmamasından təəssüflənir, münaqişələrin həllinin təşkilatın, o cümlədən "Helsinki+40” prosesinin  bir nömrəli prioriteti olduğu vurğulanır.
 
Sənəd 19 maddədən ibarətdir.  

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol