• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya Qarabağın qaytarılmasından danışır - FOTO

Dünya Qarabağın qaytarılmasından danışır - FOTO
08.08.2015 13:01
Müdafiə naziri Zakir Həsənovun sonuncu bəyanatı dünyada əks-səda doğurub.

Azərbaycan müdafiə naziri Zakir Həsənovun ön cəbhədə olarkən verdiyi sonuncu Qarabağ bəyanatı dünya mediasında əks-səda doğurub.

ANS PRESS-in məlumatına görə, Zakir Həsənov ordunun işğal altındakı torpaqları qaytarmağa hazır olduğunu və vaxtın gəlib çatdığını bəyan edib.

"Artıq məqam yetişib. Səbri tükənən xalqımız, öz doğma yurdlarından didərgin salınmış insanlarımız da bizdən hərəkətə keçib, ömür boyu Azərbaycana qarşı düşmənçilik mövqeyində olan işğalçıları torpaqlarımızdan çıxarmağı tələb edir. Beynəlxalq qurumlar tərəfindən münaqişəyə dair qəbul edilmiş bir çox qərarlar da haqq və ədalətin bizim tərəfimizdə olduğunu sübut edir.

Xalqımız onu da bilməlidir ki, döyüş ruhlu Azərbaycan əsgəri ölkəmizi Şuşasız, Laçınsız, digər işğal olunmuş şəhər və kəndlərsiz təsəvvür etmir. Silahlı Qüvvələrin bütün şəxsi heyəti qisas və qələbə hissi ilə yaşayır, torpaqlarımızı işğaldan azad etmək uğrunda müqəddəs borcunu yerinə yetirməyə hazırdır və qadirdir.

Azərbaycan əsgəri yalnız öz gücü və qüvvəsinə güvənərək düşməni işğal olunmuş torpaqlardan qovmaqla ərazi bütövlüyümüzü bərpa edəcək. Buna heç kimin şübhəsi olmamalıdır", deyə müdafiə naziri bildirib.

Zakir Həsənovun bu bəyanatını nüfuzlu Bloomberg agentliyindən tutmuş, Asiya ölkələrinin mediasına qədər işıqlandırıldı. Hürriyet, RİANovosti agnetlikləri, "Kommersant” qəzeti Zakir Həsənovun bəyanatına geniş yer ayırıb.

Hətta müdafiə nazirinin Ermənistana etdiyi xəbərdarlıqla bağlı "Kommersant” qəzeti və "Kommersant FM” radiostansiyası xüsusi reportaj hazırlayıb.

Bloomberg agnetliyində isə Zakir Həsənovun bəyanatından sonra Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilir və bildirilir ki, son vaxtlar Azərvbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artması Avropanı narahat etməyə başlayıb.

Türkiyə mətbuatı isə nazirin bəyanatını "Qarabağı qaytarmağın vaxtı çatdı", "İşğalçı Ermənistan Qarabağdan çıxarılacaq" kimi başlıqlara təqdim edib.



 
 

Türkiyə mətbuatı



Bloomberg agnetliyi





Rusiya mətbuatı

Avqustun 6-da müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrdə olaraq döyüş hazırlığını yoxlayıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol